İdman

Fəridə göz yaşları içərisində danışdı: “Hamıdan üzr istəyirəm”

"Mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Təəssüflər olsun ki, Azərbaycan xalqına daha bir qızıl qazandıra bilmədim. Buna görə, hər kəsdən üzr istəyirəm".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Bakı-2015" Avropa Olimpiya oyunlarının  taekvondo yarışlarında 67 kq-da mübarizə aparan və finalda rusiyalı idmançıya yenilməklə gümüş medal qazanan Fəridə Əzizova deyib. 

Minimal hesabla finalda məğlub olan təmsilçimiz daha sonra sözlərinə belə davam edib:

"Məğlubiyyətimə səbəb səhv etməyim oldu. Hər dəfə eyni səhvlərdən rəqib xal qazandı. Qarşılaşdığım bir neçə rəqiblərlə öncə də üz-üz gəlmişdim. Qızıl medal qazana bilmədiyimə görə təəssüflənirəm". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43