İdman

FİFA “Çelsi”yə qarşı araşdırmalara başladı

FİFA İngiltərənin “Çelsi” klubuna qarşı araşdırmalara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Sportsmail”ə ali futbol qurumundan bildirilib.

Səbəb kimi 18 yaşına çatmamış əcnəbi oyunçularla müqavilələrin imzalanması göstərilib. Hazırda mümkün pozuntularla bağlı hərtərəfli araşdırmalar getdiyindən, əlavə şərh verilməyib.

Daha əvvəl İspaniya “Atletiko”su eyni ittihamla cəzalandırılıb. Klubun qışadək yeni oyunçu transfer etməsinə qadağa qoyulub. London təmsilçisi isə 2009 və 2016-cı illərdə eyni problem üzündən araşdırmalara məruz qalıb.

Qeyd edək ki, həm “Çelsi”, həm də “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləridir. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43