Ölkə futbolu

FİFA “İnter”ə transfer qadağası qoydu !

“FİFA “İnter”ə növbəti sanksiya tətbiq edib. 

İdmanxeber.com-un futbol11.az-a istinadən məlumatına görə, ali futbol qurumu “bankirlər”ə transfer qadağası qoyub.

 

Məlumatı Bakı klubunun prezidenti Rəşad Qasımov da təsdiqləyib. O bildirib ki, transfer qadağası qarşıdakı iki “transfer pəncərəsi” dönəmini əhatə edəcək: 

“Bu qərar may ayında verilib. Belədisə, niyə transfer dönəmi bitdikdən sonra, yəni bu gün məktub göndərilib? Bunu anlaya bilmirəm. Sabah məsələ ilə bağlı AFFA-ya gedəcəm”.

Bu cəzadan sonra “İnter” 2018-ci ilin yanvar ayına qədər transfer həyata keçirə bilməyəcək.

Qeyd edək ki, “İnter” futbolçulara olan borclarına görə, cari mövsüm avrokuboklardan kənarda qalıb. (futbol11.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43