16 İyun 2026
Ölkə futbolu

FİFA referisi Qubadakı mübahisəli epizodu ŞƏRH etdi – VİDEO 

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “İmişli” – “Qəbələ” matçında mübahisəli bir epizod yaşanıb. 

Qonaqların hücumu zamanı “İmişli”nin müdafiəçisi Ronaldo topu əli ilə saxlayıb.

Oyunçu “qırmızı-qaralar”ın real qol epizodu yarada biləcək hücumunun qarşısını alsa da, görüşün baş hakimi İnqilab Məmmədov müdafiəçiyə heç bir vərəqə göstərməyib.

“Qəbələ” tərəfi isə aktivində sarı vərəqəsi olan müdafiəçinin ən azı ikinci “sarı”dan meydandan qovulmalı olduğunu iddia edir.

Mübahisəli epizodu dəyərləndirməsi üçün İdmanxeber.az-ın daimi eksperti olan sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43