Ölkə futbolu

FİFA Riçard Almeyda ilə bağlı AFFA-nın müraciətinə nə zaman baxacaq?

FİFA "Qarabağ"ın futbolusu Riçard Almeydanın Azərbaycan millisində oynaya bilməsi məsələsinə iyunun 5-dək baxacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ali futbol qurumundan məsələyə mümkün qədər tez baxmaları xahiş olunub: "Gözləyirik. Xahiş etmişik ki, bu məsələyə tez baxsınlar. Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə,  iyun ayının 5-ə qədər məsələyə aydınlıq gəlməlidi".

Qeyd edək ki, hazırda Riçard Almeyda Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43