Dünya futbolu

“Barselona” Valverdeyə kompensasiya ödəyə bilər

Ernesto Valverdenin “Barselona”ya baş məşqçi təyin ediləcəyi ehtimalı gündən-günə artır.

53 yaşlı mütəxəssis artıq katalonlarla 2 illik müqavilənin razılığını əldə edib.

Bundan başqa, tərəflər razılığın yerinə yetirilməyəcəyi təqdirdə cəriməni də müzakirə ediblər.

Buna “Barselona”nın idman direktoru israr edib. Belə ki, Valverdeyə diqqət həddindən artıqdır. Mütəxəssis “Valensiya”, “Sevilya” və İPL-dən gələn təklifləri “Barsa”ya görə rədd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43