“Tottenhem”in qapıçısı Hüqo Loris “Latsio”ya transfer olmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun onu əsas oyunçu kimi düşünməməsi təcrübəli qolkiperin bu qərarı verməsinə səbəb olub.
Loris digər təklifləri dinləyəcək, həmçinin onun “Tottenhem”də qalmaq ehtimalı da istisna olunmur.
Dünya çempionu 2012-ci ildən bəri çıxış etdiyi London klubunda 447 oyuna çıxıb.

