Kateqoriyasız

Gəlişi ilə fərq yaratdı

Azərbaycan Premyer Liqasının 4-cü turunun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən bu, 359 göstərici ilə “Qarabağ”ın qapıçısı Asmir Beqoviçdir.

Bosniyalı qolkiper “Neftçi”yə qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 4 qurtarışla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43