19 İyun 2026
Ölkə futbolu

Gəncə stadionunda işlər davam edir – Meydança dəyişilir – FOTO 

Gəncə stadionunda meydançaya təbii ot örtüyü salınması istiqamətində işlər davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, arenada çalışmalar davam edir. Artıq bəzi işlər yekunlaşıb və toxum səpilməsinə başlanıb. Meydançanın təxminən 2-3 ay sonra hazır durumda olacağı gözlənilir.

Xatırladaq ki, MDB oyunlarının keçirildiyi stadionun meydançasına müvəqqəti olaraq süni örtük vurulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43