Dünya futbolu

“Gent” – “Qarabağ” oyununun hakimləri açıqlandı

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Gent” – “Qarabağ” cavab oyununun şotlandiyalı hakimlər briqadası idarə edəcək.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Uilyam Kollum olacaq. Ona yan xətlərdə Frensis Konnor və David Rum köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Komandalar arasında Bakıda baş tutan ilk oyunda “Qarabağ” 1:0 üstün olub. Cavab matçı fevralın 23-də Gentdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43