İdman

Gimnastlarımız final mərhələsinə vəsiqə qazanıb

İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

İdmanxeber.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43