İdman

Güləşçilərimiz İstanbulda hazırlaşır

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 11-dən İstanbulda bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.

İdmanxeber.com-un məlumatına görə, yığma komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim-məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri də iştirak edirlər.

Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43