“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan komandadakı gələcəyindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir almaniyalı oyunçunun “Barselona”ya keçəcəyi bildirilir. Gündoğan haqqında çıxan iddialara belə münasibət bildirib:
“Qərar hələ verilməyib, mən hələ seçim prosesindəyəm. Vaxtı ilə “Borussiya”da çıxış etmişəm. Ancaq hazırda Bundesliqaya qayıtmaq planlarımda deyil”.
32 yaşlı futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

