15 İyul 2026
İdman

Hacı Əliyev Avropa çempionatında qızıl medal qazanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43