Kateqoriyasız

“Hafiz Məmmədovun nümayəndələri ilə gərgin işbirliyimizə baxmayaraq…”

İngiltərənin “Şeffild Uensdey” klubunun prezidenti Milan Mandariç bildirib ki, Hafiz Məmmədovun bu klubu alması baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, Mandariç “Lans”ın və “Bakı”nın sahibi haqda bunları deyib:

“May ayının axırlarında biz cənab Hafiz Məmmədovla klubun səhmlərinin bir hissəsinin satışı ilə bağlı razılığa gəlmişdik. Bu, alınsaydı, Məmmədov “Şeffild Uensdey”in əsas sahibi və baş sponsoru olacaqdı.

Məmmədov çox uğurlu biznesmendi və futbola böyük həvəsi var. O, “Bakı”nı və Fransanın “Lans” klublarını idarə edir, Avropanın aparıcı klublarından biri – Madrid “Atletiko”suna sponsorluq edir.

Onun bizim klubun inkişafına dair fikirləri məni çox cəlb etdi və bu razılığı verməyimdə əsas rol oynadı. Lakin təəssüf ki, Məmmədovun nümayəndələri ilə gərgin işbirliyimizə baxmayaraq, bu layihəni həyata keçirməyimiz mümkün olmadı. Ümid edirəm ki, cənab Məmmədov Azərbaycandakı problemlərini həll edəcək. Amma mən klubumuzun səhmlərinin satışı ilə bağlı müxtəlif şayiələrin çoxalmasına imkan verə bilmərəm. Artıq köməkçilərimə də klubun səhmlərinin satışının dayandırılmasına dair göstəriş vermişəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43