21 İyul 2026
Dünya futbolu

Hakim Ziyeş PSV-yə keçir

Hakim Ziyeş karyerasını Niderlandda davam etdirməyə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi PSV ilə danışıqlarda son mərhələyə gəlib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Azad agent statusunda olan 32 yaşlı futbolçu Eyndhoven klubunda çıxış etməyə müsbət yanaşır. Onun yaxın günlərdə PSV ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43