Dünya futbolu

Hannes Halldorsson: “Qəhrəman olmaq üçün çox çalışmaq lazımdır”

Avroliqanın qrup mərhələsinin V turuna start verilir

İdmanxeber.az-ın məlumatına görə, sabah Ağdam təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında komandamızın qapıçısı Hannes Halldorsson görüş barəsində fikrilərini bildirib:

“Sabahkı matç çox önəmlidir. Qələbə qazansaq növbəti mərhələ şanslarımız davam edir. Çalışacayıq ki, bunu bacaraq”.

-Siz kifayət qədər təcrübəli oyunçusunuz.Sizcə, bu qrupdan çıxmaq mümkündür ?

-Futbolda hər şey olur. Təbii ki, mümkündür. Sabah qələbə qazansaq çox böyük addım atmış olacayıq. Məncə, şansımız var.

-Milli komandada çox qəhrəmanlıq etmisən. Ancaq bura gələndən çox da böyük işlər görməmisən. Sabahkı oyunun qəhrəmanı ola bilərsən ?

-Qəhrəman olmaq üçün çox çalışmaq lazımdır. Mənim üçün bu çox da önəmli deyil ki, qəhrəman olum. Digər komanda yoldaşım da qəhrəman ola bilər. Önəmli olan qələbə qazanmaqdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43