Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.
İdmanxeber.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
“Cəbrayıl” “Kür-Araz”ı, “Baku Sportinq” “Lerik”i məğlub edib. “Ağdaş”ı üstələyən “Şəmkir” isə mövsümdə ilk qələbəsini qazanıb.
“Cəbrayıl” – “Kür-Araz” 1:0
Qol: Baxşəli Baxşəliyev, 32
“Şəmkir” – “Ağdaş” 3:2
Qollar: Elgün Namazov, 1, Tural Vəlizadə, 20 (pen), Ürfan Hüseynov, 44 – Zamiq Abubəkirov, 40, Xəzər Məmmədov, 66
“Lerik” – “Baku Sportinq” 0:2
Qollar: Röyal Nəcəfov, 32, Elgün Abbaslı, 78

