Ölkə futbolu

“İkinci hissədə komandam xarakter göstərdi” – Şahin Diniyev

“Qəbələ”ni təbrik edirəm. İlk 45 dəqiqədə komanda bacardığını göstərə bilmədi. Kimin nə etdiyini bilmək olmurdu. Erkən dəyişikliklərə getdik. Oyunun axarını dəyişə bildik. Hücumlarımız davam edirdi. İkinci hissədə komandam xarakter göstərdi. 1 xal qazanmağa yaxın idik. Amma ilk hissədəki bərbar oyunumuz buna imkan vermədi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Fasilədə çox emosional şəkildə futbolçulara sözlərimi dedim. “Qəbələ” çox asan şəkildə oynayırdı. Uduza bilərsən, amma mübarizə aparmayıb uduzmaq çox pisdir. Futbolçularla sərt danışığım oldu. 

 İlk hissədə komandamı tanımırdım. Buna qədər olan oyunlarda belə deyildilər. Motivasiya baxımından hər şey demişdim futbolçulara. Hər matç bizim üçün finaldır. Ola bilər ki, futbol alınmasın. Amma mübarizə də yox idi. Məni ən çox məyus edən budur. Oyun alınmırsa, heç olmasa, vuruşmaq lazımdır. İkinci hissədə “Səbail” üzünü göstərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43