Dünyadan

“İldırım sürətilə etdiyimiz hücumlar rəqibə səhvi düzəltmək imkanı vermədi”

“Kuban” klubunun baş məşqçisi Leonid Kuçuk “Qəbələ” ilə keçirilən yoxlama oyunundan(0:2) sonra fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri deyib:

“Qəbələ” yaxşı komandadır. Bu görüşdə qələbə qazanmağımız yaxşı oldu. İlk hissədə komandamın oyunundan razı qaldım. İldırım sürətilə etdiyimiz hücumlar rəqibə səhvi düzəltmək imkanı vermədi. Bir neçə qol vurmaq şansımız da oldu. İkinci hissədə meydanın mərkəzində rəqibə uduzduğumuz üçün oyun bir qədər sönük keçdi. Lakin futbolçularım hər epizodda sonadək oynayaraq rəqibə qapımıza zərbə endirmək şansı vermədi. Gənc futbolçular xarakter nümayiş etdirdilər. Matçın sonlarında yenidən 3 qol vurmaq imkanımız oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43