19 İyun 2026
Ölkə futbolu

“İmişli” – “Sabah” matçına doğru: “Bayquşlar”da ciddi itkilər 

Misli Premyer Liqasının XIII turunda “Sabah” səfərdə “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu görüşə itkilərlə çıxacaq. Zinəddin Uld Xaled, Boyan Letiç, Neqoş Kupusoviç, Pavol Şafrankonun zədə səbəbindən “İmişli” ilə oyunu buraxacaqları dəqiqdirsə, Akim Zedadkanın meydana çıxıb-çıxmayacağı qeyri-müəyyəndir.

Bölgə klubunda isə cəmi bir itki var. Əməliyyat olunan Vüsal Qəmbərov meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “İmişli” – “Sabah” qarşılaşması noyabrın 29-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43