Dünya futbolu

İngiltərəli futbolçu “Liverpul”un hədəfində

“Fulhem”in müdafiəçisi Tosin Adarabioyo bir sıra klubların maraq dairəsindədi

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli oyunçunu “Liverpul”, “Milan” və “Tottenhem” kimi komandalar heyətinə qatmaq istəyir. Bu mövsüm 26 yaşlı Adarabioyo 21 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir. Onun “Fulhem”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43