İdman

İngiltərə millisinin 1 nömrəsi İtaliya klubunda

Yeni baş məqşçi Pep Qvardiolanın istəyi ilə “Mançester Siti”dən ayrılan Co Hartın yeni klubu bəlli olub.

İdmanxeber.com-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə millisinin qapıçısı  karyerasını “Torino”da davam etdirəcək.

29 yaşlı qolkiper artıq Torinodadır. Onunla bugünlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Co Hart 2006-cı ildən “Mançester Siti”nin şərəfini qoruyurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43