İdman

“Qarabağ”ın rəqibi oyunçusunu icarəyə göndərdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliyanın “Fiorentina” klubu futbolçusu Jilberto Moraeslə yollarını ayırıb.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən məlumatına görə, braziliyalı müdafiəçi icarə əsasında İtaliya B seriyası təmsilçisi  “Latina”da çıxış edəcək. 

Qeyd edək ki, Moraes 2015-ci ildə Braziliyanın “Botafoqo” klubundan “Fiorentina”ya transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43