“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını “Əl-Nəsr”də davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu yarımmüdafiəçi üçün artıq italyanlara 15 milyon avro təklif edib.
30 yaşlı Brozoviç 2015-ci ilin yanvarında “İnter”ə keçib. Xorvatiyalının Milan klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
2022/23 mövsümündə o, İtaliya klubunun heyətində 40 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

