Kateqoriyasız

İqor Perduta: “Bakıya 3 xal üçün gəlmişik”

Sabah “Qarabağ”la qarşılaşacaq olan “Vorskla”nın futbolçusu İqor Perduta oyundan keçirilən mətbuat konfransında görüş barəsində fikirlərini bildirib:

“Sabah çox vacib oyuna çıxırıq. “Qarabağ” çox güclü komandadır. Onlar Çempinlar Liqasında da mübarizə aparıblar. Çox güclü kollektivdirlər. Ümid edirəm ki, sabah buradan yaxşı nəticə ilə qayıdacayıq. Rəqibin heyətində Mahir Mədətov , Emeqara kimi səviyyəli oyunçular var. Ancaq biz də istirahət üçün gəlməmişik. Hazırda komandamızda heç bir problem yoxdur. Bu oyuna yaxşı hazırlaşmışıq. Bakıya 3 xal üçün gəlmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43