Dünya futbolu

Vasili Saçko: “İtirəcək heç nəyimiz yoxdur”

Avroliqanın qrup mərhələsinin III turuna start verilir.

Sabah Avroliqanın qrup mərhələsində “Vorskla” komandası “Qarabağ”ın qonağı olacaq. Oyundan öncə keçirilən mətbuat konfransında Ukrayna təmsilçisinin baş məqşçisi Vasili Sacko jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun barəsində fikrilərini bildirib:

“Sabah bizi çox maraqlı oyun gözləyir. Bu oyunda itirəcəyimiz heç nəyimiz yoxdur. Eyni zamanda “Qarabağ”ın da” Ümid edirəm ki, istədiyimiz oyunu meydanda göstərəcə biləcəyik”.

-Sabah üç əsas oyunçunuz olmayacaq. Onlarla yanaşı heyətdə hansı futbolçularınız yoxdur ?

-Bəli, 3 futbolçumuz yoxdur. Onların bizim heyətimizin əsas oyunçularıdır. Ancaq onların əvəzinə də meydana çıxacaq futbolçularımız var. Sabah komanda şəklində mübarizə aparıb, yaxşı nəticə qazanmalıyıq.

-Bakıda kifayət qədər dostunuz var. Sabiq oyunçulardan Samiri, Fəruxu, Kamalı buna misal çəkmək olar. Onlarla görüşmək imkanınız olub ?

-Onlarla görüşmək imkanım olmasa da, telefonla əlaqə saxlamışıq. Mən onlara görə Azərbaycan millətinin ən yaxşı xüsusiyyətlərini tanımışam. Yəqin ki, görüşüb bir çay içəcəyik.

-Sabahkı oyundan nə gözləyirsiniz ?

-Çox çətin qrupa düşmüşük. Qrupun favoritləri “Arsenal” və “Sportinq”ndir. “Qarabağ”ın da gücündən xəbərdarıq. Onların müsbət və mənfi tərəflərini öyrənmişik. Kifayət qədər güclü hücum xəttinə sahibdirlər. Heyətdə çoxlu sayda səviyyəli oyunçuları var. Ancaq onu da deyim ki, bzi də bura istirahətə gəlməmişik. Çox çətin olsa da, sabah nəticə qazanmaq üçün oynayacayıq.

-4 gün öncə “Dinamo Kiyev”lə çətin oyuna çıxmışdınız. Həmin oyunun yorğunluğu var komandanızda ?

-Təbii ki, müəyyən qədər təsir edə bilər. Ancaq biz peşekar komandayıq. Burada peşekar futbolçular oynayır. Mən düşünürəm ki, bu, bizim sabahkı oyunumuza təsir etməyəcək. Məşqçilərin əsas vəzifəsi komandalarını bütün oyunlara yaxşı hazırlamaqdır. Biz də mümkün qədər bunu etmişdik. Fikirləşmək üçün vaxtımlz yoxdur. Sabah çox yüksək səviyyəli komandailə oynamaq futbolçularıma əlavə motivasiya verir.

-Erməni əsilli futbolçunuz Qeqam Kadimyan zədə səbəbindən heyətdə yoxdur. Əgər o, zədəli olmasaydı Bakıya gətirəcəkdiniz ?

-Bu gün o, zədəlidir. Əgər o, sağlam olsaydı bu barədə düşünərdik. İndi bu barədə nəsə demək çox çətindir.

-Andrey Şevçenko hər zaman “Vorskla”nın oyunlarını stadiondan izləyir. Sabah onun Bakıya gəlmək kimi bir planı var ?

-Mən onun planlarından xəbərdar deyiləm. O, özünə çox hörmət qazanmış oyunçudur. Bizim Londondakı oyunumuza da gəlmişdi. Ancaq sabah televizordan izləyəcəyini dəqiq bilirəm.Bakıya gəlib-gəlməyəcəyini isə dəqiq deyə bilmərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43