Dünya futbolu

İquain üçün 94 milyon avro ödənildi

Qonzalo İquain gələn mövsümü də İtaliya Seriya A-da keçirəcək.

İdmanxeber.com-un “Sky Sport İtalia” nəşrinə istinadən verdiyi məlumata görə, “Yuventus” 28 yaşlı hücumçu üçün “Napoli”yə 94 milyon avro ödəyib.

Oyunçunun Turin şəhərində tibbi müayinədən keçdiyi və onun üçün klub yaxınlığında ev kiralandığı bildirilib.

Qeyd edək ki, “Yuventus”un bu transferi rəsmiləşdirəcəyi halda Pol Poqbanın satılacağı heç kimdə şübhə doğurmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43