Ölkə futbolu

“Viktoriya” – “Qarabağ” matçının hakimləri açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Viktoriya Plzen”lə keçirəcəyi ilk qarşılaşmasının hakimləri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, “Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı Aleksandar Stavrev fit çalacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi Dimitar Mekarovski olacaq.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, “Viktoriya Plzen” – “Qarabağ” matçı iyulun 26-sı Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43