06 İyul 2026
Ölkə futbolu

İsgəndərli baş məşqçisiz qaldı

Albaniyanın “Partizani” klubunun baş məşqçisi Skender Qeqo vəzifəsindən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, məşqçinin müqaviləsinə xitam verilib. “Partizani”  Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Nomme Kalyu”(1:1, 0:1) ilə üz-üzə gəlib və iki oyunun nəticəsinə görə mərhələni keçə bilməyib.

Xatırladaq ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu yay Albaniya klubu keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43