“Neftçi”nin futbolçusu Rza Cəfərov komandada qalmaq istəmir.
İdmanxeber.az-a verilən məlumata görə, millimizin qapıçısı legioner həyatı yaşamaq istəyir. “Ağ-qaralar” heyətə yeni əcnəbi qolkiper cəlb edib.
Xəbər verdiyimiz kimi, bosniyalı qolkiper Kenan Piriç karyerasını “Neftçi”də davam etdirəcək. Rəhbərlik ən qısa vaxtda bu transferi açıqlayacaq.
Bu səbəbdən də Cəfərov komandadan ayrılmaq niyyətindədir. O, qərarını baş məşqçi Samir Abasova da bildirib.
“Neftçi” rəhbərliyi gənc qolkiperin ayrılmasına müsbət yanaşmır.
Ancaq oyunçu ehtiyatda qalmağı düşünmədiyi üçün getmək istədiyini yenidən rəhbərliyə çatdırıb.
Xatırladaq ki, daha öncə Rumıniyanın “Dinamo” klubu Cəfərovla maraqlansa da, paytaxt klubu onun keçidinə izn verməmişdi.

