Dünyadan

İsmayil Köybaşı 6 il sonra fərqləndi

“Fənərbağça”lı İsmail Köybaşı təxminən 6 ildən sonra Super Liqada qol vurdu.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi “Kasımpaşa” (5:1) ilə oyunda fərqlənib. 

İsmayil 54-cü dəqiqədə komandanın son qolunu vurub.

Təcrübəli futbolçu sonuncu dəfə 8 noyabr 2010-cu ildə “Beşiktaş” forması geyinərkən yenə “Kasımpaşa”nı məyus etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43