İdman

“Qarabağ”ın rəqiblərindən bir qələbə, bir məğlubiyyət

Yunanıstan çempionatında 4-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK da növbəti matçına çıxıb.

Saloniki təmsilçisi səfərdə “Asteras”la qarşılaşıb. Oyun PAOK-un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, PAOK 6 xalla 6-cı pillədə qərarlaşıb.

Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki digər rəqibi “Slovan” isə Çexiya çempionatının 7-ci turunda səfərdə “Slaviya” ilə qarşılaşıb Libereç təmsilçisi  1:2 hesabı ilə məğlub olub.

“Slovan” hazırda 5 xalla 15 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”ın qrupda digər rəqibi “Roma” dünən İtaliya A Seriyasının 4-cü turunda evdə “Roma”nı 1:0 hesabı ilə məğlub edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43