Ölkə futbolu

AFFA-dan jurnalistlərə hörmətsizlik edən baş məşqçiyə xəbərdarlıq

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, qurum Topaz Premyer Liqasının V turunun oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verib.

“Qarabağ”la səfər qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransına gecikən “Zirə”nin baş məşqçisi Adil Şükürova xəbərdarlıq edilib. Çalışdırıcı bu hərəkəti yenidən təkrarlanacağı təqdirdə, daha ağır cəriməyə məruz qalacaq.

Həmçinin, “Qəbələ” ilə səfər görüşündə 4 futbolçusu sarı vərəqə alan AZAL 800 manat məbləğində cərimə olunub. (apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43