Kateqoriyasız

İspaniya klubu “Qarabağ”a son anda “yox” dedi

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” İspaniyanın “Almeriya” klubunun futbolçusu Matye Peberni heyətinə qatmaq istəyib.

İdmanxeber.az-ın məlumatına görə, hətta müdafiəçi Ağdam klubunda oynamağa razı olub. Amma “Almeriya” transfer pəncərəsinin son günü oyunçusunu “köhlən atlar”a satmaqdan imtina edərək onu Sequnda təmsilçisi “Luqo”ya icarəyə verib.

Məhz buna görə də, “Qarabağ” təkcə Asmir Beqoviç transferi ilə kifayətlənməli olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43