Amerikanın “İnter Mayami” klubu daha bir sabiq “Barselona”lını heyətinə cəlb etmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi Serxio Busketsin xidmətində maraqlıdır. Klub 34 yaşlı futbolçuya illik 1,65 milyon avro maaş təklif edib.
Kataloniya klubundan ayrılan təcrübəli futbolçunun da Amerikada oynamaq istədiyi bildirilir. Lionel Messinin “İnter Mayami”yə keçməsi Busketsin də qərarına təsir edib.
Transferi yaxın vaxtlarda reallaşması gözlənilir.

