“Tottenhem” azad agent Manor Solomonla razılıq əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, israilli futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq.
Solomon keçən mövsüm “Fulhem”də çıxış edib. O, London təmsilçisində 24 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.

