“Qarabağ”ın hücumçu axtarışlarını sürətləndirdiyi xəbərini vermişdik. Ağdam təmsilçisinin transfer siyahısındakı forvardlardan biri də Alfredo Morelosdur.
Kolumbiyalı hücumçunun bir müddət öncə də “köhlən atlar”ın gündəmində olduğu bildirilmişdi. Morelosa Türkiyənin İstanbul təmsilçilərindən də təkliflər var.
Əgər kolumbiyalı onlarla razılaşmasa, üz tutacağı klub “Qarabağ” olacaq.
Futbolçu son olaraq Şotlandiyanın “Reyncers” klubunda çıxış edib. 2017-ci ildən sözügedən komandada çıxış edən hücumçu bu müddətdə 165 oyunda 76 qol vurub və 34 assit edib.
27 yaşlı hücumçunun Qlazqo klubu ilə müqaviləsi başa çatıb.
İdmanxeber.az

