İtaliya “Cenoa”sı Albert Qudmundssonun müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, islandıyalı vingerin sözləşməsi 2027-ci ilə qədər artırılıb. Qudmundsson 2022-ci ilin yanvarında “Alkmaar”dan “Cenoa”ya transfer olunub. O, bu mövsüm 14 oyuna çıxıb və 7 qol vurub.
Oyunçu millisində isə 35 oyunda meydanda olub və 6 qolla yadda qalıb.

