12 İyul 2026
Dünya futbolu

İtaliyalı “Yuventus”dan getmir

“Yuventus”un hücumçusu Federiko Kyeza bu yay Turin klubundan ayrılmağı düşünmür.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı oyunçu karyerasını hazırkı klubunda davam etdirməyi düşünür:

“Mövsümü necə başa vurduğumuzdan məmnunam. Bu il mənim üçün çətin oldu. İndi yalnız toplanışda yeni mövsümə hazırlaşmaq barədə düşünürəm. Bütün fikrim “Yuventus”dadır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43