Kateqoriyasız

“Kəpəz” braziliyalı futbolçu transfer etdi 

Yeni mövsümdən yenidən Premyer Liqada çıxış edəcək “Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubu bir müddətdi baxışda olan Juninyo Maranhense ilə münasibətləri rəsmiləşdirir. Məşqçilər korpusu tərəfindən bəyənilən braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalanacaq.

Juninyonu son olaraq Litvanın “Babrunqas” klubunda çıxış edib. 22 yaşlı futbolçu sözügedən komanda ilə martda müqavilə bağlasa da, daha sonra yollarını ayrırıb.

Futbolçu Litva təmsilçisinin heyətində 5 oyun keçirib və 1 qol vurub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43