27 İyul 2026
Ölkə futbolu

“Kəpəz” gürcüstanlı futbolçu ilə anlaşdı 

Premyer Liqada qalmaq üçün mübarizə aparan  “Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu gürcüstanlı Mate Abuladzeni transfer edib.

“Sarı-göylər” 25 yaşlı mərkəz müdafiəçisi ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Son olaraq ölkəsində “Samqurali”də oynamış futbolçu daha əvvəl “Torpedo” (Kutaisi) və “Samtredia”da da forma geyinib.

Xatırladaq ki, gəncəlilər onadək “Turan Tovuz”dan ayrılan Veysəl Rzayevlə gücləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43