Kateqoriyasız

“Kəpəz” millinin sabiq üzvünü transfer edir?

“Səbail”dən ayrılan Rauf Əliyev iki klubun maraq dairəsindədi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli forvard karyerasını ya “Şamaxı”, ya da “Kəpəz”də davam etdirə bilər. Millimizin sabiq üzvü “Şamaxı”ya keçməkdə maraqlıdı. Lakin şərtlər onu qane etməsə Gəncə təmsilçisi ilə müqavilə imzalayacaq.

Sözügedən klublar Əliyevin yekun qərarını gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43