13 İyul 2026
Ölkə futbolu

“Kəpəz” rəhbərliyinin bu qərarı komandanı sevindirdi!

“Kəpəz” rəhbərliyi komandanın son matçlarda sərgilədiyi oyun, əldə etdiyi nəticələri mükafatsız qoymur.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin rəhbərliyi “Turan Tovuz”la matçda qazanılan 3 xala qarşılıq futbolçuları mükafatlandıracaq. Qərb derbisində əldə olunan vacib qələbəyə qarşılıq futbolçular təxminən 1200 manat dəyərində “premya” alacaqlar.

Rəhbərliyin yeni qərarına əsasən qış fasiləsindən sonra “Kəpəz”də “premya”lar ikiqata yüksəldilib və mövsümün sonuna kimi qazanılacaq xal/xallara qarşılıq komandanın hər bir üzvü yüksək şəkildə mükafatlandırılacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43