“Trabzonspor”un yeni baş məşqçisi Türkiyəyə gəlir.
İdmanxeber.az-ın məlumatına görə, Trabzon klubu xorvatiyalı mütəxəssis Nenad Belitsa ilə anlaşmağa yaxındır. 51 yaşlı mütəxəssisin bu gün Türkiyəyə gəlməsi gözlənilir.
Rəhbərlik Belitsa ilə son detalları müzakirə etdikdən sonra rəsmi açıqlamanın ediləcəyi bildirilib.
Təcrübəli mütəxəssis daha öncə ölkəsinin “Dinamo” (Zaqreb) klubunu çalışdırıb. O, Zaqreb təmsilçisi ilə bir dəfə Xorvatiya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.

