04 İyun 2026
Ölkə futbolu

“Kəpəz” rahatdı, “Sumqayıt”da itkilər var – matça doğru

Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu oyuna tam heyətlə hazırlaşır. “Sarı-göylər”in heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.

“Kimyaçılar”da isə İsa Suliman və Elvin Bədəlov zədə səbəbindən görüşdə iştirak etməyəcək. Sertan Taşkının durumu isə qeyri-müəyyəndir.

“Kəpəz” – “Sumqayıt” matçı bu gün saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43