06 İyul 2026
Ölkə futbolu

“Kəpəz” qalib gəldi, “Qarabağ”dan darmadağın

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçirilib. İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edib. Görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə sona çatıb.

Günün və turun sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə bitib – 7:1.

Azərbaycan Premyer Liqası

VII tur

18 sentyabr (bazar)

18:00. “Kəpəz” – “Şamaxı” 2:1

Qol: Nihad Quliyev, 5 (0:1), Ahmed Ayzaya, 47 (1:1), Abdullahi Şuaybu, 60 (2:1)
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ”

Qollar: Coşqun Dİniyev, 34 (1:0), Toral Bayramov, 44 (1:1), Musa Qurbanlı, 56 (1:2), 60 (1:3), Kadi, 64 (1:3), Ramil Şeydayev, 68 (1:5), Musa Qurbanlı, 79 (1:6), Musa Qurbanlı, 85 (1:7)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Qəbələ” “Sumqayıt”ı 1:0, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43