Ölkə futbolu

“Bu gün “Qarabağ” qarşısıalınmaz idi” – Rəşad Sadıqov

“Çox danışılacaq bir şey yoxdur. Rəqib bizdən açıq üstün idi. İlk hissədə biz istəyən kimi getdi oyun. İkinci hissədə isə bunu görə bilmədik. Nəticədə məğlub olduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı alınan məğlubiyyətin (1:7) ardından keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Belə ağır məğlubiyyətə səbəb “Qarabağ”ın çox motivasiyalı oynamasıdır. Birinci buraxılan qol komandanın psixologiyasına təsir etdi. Səhvlərimiz çox olduğu üçün belə böyük hesabla məğlub olduq. Rəqib heç biri imkanı qaçırmadı, nə vurdusa, qol oldu.

“Qarabağ” bu gün qarşısıalınmaz idi. 1:3-dən sonra komanda oyundan qopdu. Böyükhesablı nəticə olmaması üçün dəyişiklik etsə də, alınmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43