“Kəpəz” və “Qəbələ” klubları Rusiyanın “SKA-Xabarovsk” komandasının azərbaycanlı futbolçusu Sadıq Bağıyevi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki bölgə təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün danışıqlara başlamağa hazırdır. Lakin Bağıyev hələlik karyerasını Rusiyada davam etdirmək niyyətindədir.
O, bu mövsüm Rusiya I Liqasında 16 oyunda 1 qol və 1 assistlə yadda qalıb. Bağıyevin klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

