05 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də üç yeni müqavilə

“Kəpəz” üç futbolçu ilə müqaviləni yeniləyib. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Əli Səmədov və Məmməd Hüseynovla bir, Ümid Səmədovla iki illik anlaşma imzalanıb. 

Qeyd edək ki, Əli son mövsümdə 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda “Kəpəz”in qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43